Cəmiyyət

BQXK: “Ermənistanda saxlanılan azərbaycanlı əsgərlərə mütəmadi baş çəkirik”

Sharing is caring!


“Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) hazırda qeydiyyatında olan və Ermənistanda müntəzəm olaraq baş çəkdiyi iki Azərbaycan vətəndaşı var”.

Oxu.Az xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin mətbuat katibi İlahə Hüseynova jurnalistlərə açıqlamasında deyib.

“Onlara mütəmadi olaraq baş çəkilir. Əsirlərin vəziyyətləri ilə bağlı məlumat ictimaiyyətə açıqlanmır, ailələrinə bildirilir. Onlarla əlaqənin yaradılması təmin olunur. Sonuncu dəfə Ermənistandakı azərbaycanlı əsirlərə sentyabrda baş çəkilib”, – İ.Hüseynova qeyd edib.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir