Cəmiyyət

Ağstafada hərbi qulluqçunu döyən şəxs həbs edilib

Sharing is caring!


Ağstafada hərbi qulluqçunu döyən şəxs həbs edilib.

APA xəbər verir ki, rayon sakini Baloğlan Abdul oğlu Bukavadze idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolun ensiz olması səbəbindən həmyerlisi Şamxal Şahin oğlu Həmidovun idarə etdiyi VAZ-21011 markalı minik avtomobilinə yol verməyib, bu səbəbdən tərəflər arasında mübahisə yaranıb.

Baloğlan Bukavadze qarşı avtomobildəki sərnişin, müddətdən artıq hərbi qulluqçu olan Orxan İlham oğlu Əlizadəni yaxınlıqda olan daş hasarın arxasına aparıb, əli ilə sinəsinə möhkəm vuraraq yıxıb. Nəticədə Orxan Əlizadə yıxılarkən başı oradan keçən qaz borusuna dəyərək xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, B.Bukavadze şübhəli şəxs qismində tutulub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir