İdman

Samir Əliyev: “Ümid həmişə var, seçmə mərhələdə ən yaxşısını etməyə çalışacağıq”

Sharing is caring!


“Ümid həmişə var. Məşqçilər korpusu və komanda olaraq əlimizdən gələnin ən yaxşısını etməyə, keyfiyyətli oyun sərgiləməyə və xallar toplamağa çalışacağıq”.

Bunu “Report”a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev Avropa çempionatının seçmə mərhələsi haqqında danışarkən deyib.

44 yaşlı mütəxəssis heyət qurmaq baxımından problemlərlə üzləşdiklərini bildirib:

“Eyni hal klublarımızda, yığmalarda da yaşana bilər. Buna baxmayaraq ən hazırlıqlı olanları toplanışa cəlb edəcəyik. Seçmə mərhələyə uğurlu start vermək istəyirik”.

Əliyev U-21-in üzvlərinin əsasən I Liqa və əvəzedicilərdə çıxış etdiyini xatırladıb:

“Azərbaycan Premyer Liqası və əvəzedicilərin yarışı yeni başlayıb. Əsas çempionatda oyunçularımız elə də çox deyil. Turnirləri izləyirik və futbolçuların hazırlıq durumuna baxırıq. Sentyabrın 4-də təlim-məşq toplanışı başlayacaq. Buna qədər vaxtımız var. Daim oynayan və yaxşı formada olanları dəvət etmək niyyətindəyik. I Liqada futbolçularımız var. Təəssüf ki, həmin yarış hələlik başlamayıb və bu da sözsüz ki, milli üzvlərinin oyun praktikasına təsir edəcək”.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində Lüksemburq, Şimali İrlandiya, Serbiya, Ukrayna və İngiltərə yığması ilə F qrupunda mübarizə aparacaq. Komanda ilk matçını sentyabrın 12-də səfərdə Serbiyaya qarşı keçirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir