İqtisadiyyat

Azərbaycan-Türkiyə Fintex Forumu keçirilir

Sharing is caring!


Bakıda Azərbaycan-Türkiyə Fintex Forumu keçirilir.

Oxu.Az-ın məlumatına görə, tədbirdə Azərbaycan Mərkəzi Bankının rəsmiləri, Azərbaycan Fintex Assosiasiyasının İdarə Heyətinin sədri Ruslan Talıbov, Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev, Türkiyənin Elektron Pul və Ödəniş Qurumları Birliyi İdarə Heyətinin sədri iştirak edirlər.

Forumda “Azərbaycan-Türkiyə fintex ekosistemi”, “Fintex xidmət kimi” iş modeli, “Fintex üçün banklar”, “Fintex iş modelləri” texnoloji həllər, “Türkiyə  və Azərbaycan ödəniş xidmətləri qanunvericiliyi”, “Buy now, pay later” iş modeli panellərində qeyd edilən istiqamətlərdə aktual müzakirələr aparılacaq.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir