Siyasət

Mauris Pindard: “Fransa ordusu insanlarımızı ərazilərimizdən çıxarır”

Sharing is caring!


“BMT-nin xalqların öz müqəddəratını həll etmə hüququnu Fransa bizə tanımır. Bu şəkildə insan hüquqları tapdanır. Bizim işıq, təhsil, su və bir çox şeyə çıxış imkanımız yoxdur. Fundamental hüquqlarımız yoxdur. Ona görə də yoxsulluq içərisində yaşayırıq. Minlərlə insan yolsuz yaşayır. Sadəcə, təcili yardım xidmətindən çox az sayda insanlar istifadə edə bilirlər. Bir hava yolumuz vardı, onu da ləğv edirlər”.

Oxu.Az-ın məlumatına əsasən, bunu oktyabrın 20-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfransda Fransız Qvianasının Sosial azadlığı və dekolonizasiyası naminə Hərəkatının üzvü Mauris Pindard deyib.

O bildirib ki, neokolonializm bu gün ölkələrinin qarşısında dayanan ciddi problemdir:

“Çünki böyük iqtisadi, siyasi təsirləri var. Bu gün yeni növ müstəmləkəçilik siyasəti mövcuddur.  Amerikalılar, britaniyalılar, niderlandlılar, fransızlar hələ də müstəmləkəçilik siyasəti aparırlar və bunu gizlədirlər. Fransa Respublikasında bizim müstəmləkə statusumuz yoxdur, amma müstəmləkə münasibəti gördüyümüz reallıqdır. Hazırda Fransa ordusu insanlarımızı ərazidən çıxarır. Burada siyasi dominantlıqdan söhbət gedir. Parlamentdə bizim, sadəcə, iki deputatımız var. Fransa öz qanunlarını polis gücü ilə tətbiq edir”, – deyə o əlavə edib.

M.Pindard deyib ki, Fransa təbii sərvətləri, o cümlədən qızılları çıxarıb daşıyır.

“Yetəri qədər təbii sərvətlərimiz olsa da, Fransadan gələn neftdən istifadə etməliyik. Fransa şirkətləri bizim təbii sərvətlərimizi istismar edir, ona görə də bizə gəlir verən heç nə qalmır”.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Böyük Britaniya, Əlcəzair, Keniya, Fransa, Mərakeş, Mali, Efiopiyadan, eləcə də Fransanın dənizaşırı əraziləri olan Fransa Qvianası, Fransa Polineziyası, Qvadelupe, Martinika, Yeni Kaledoniyadan, həmçinin Fransanın xüsusi statusa malik 18 regionundan biri Korsika adasından olan nümayəndələr iştirak edirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir