Cəmiyyət

Beş yaşlı Aylinin dəstəyə ehtiyacı var: Müalicə üçün 300 manat lazımdır – FOTO

Sharing is caring!


Kəskin leykemiyadan əziyyət çəkən beş yaşlı Aylinin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Gülər İsmayılova məlumat verib.

O bildirib ki, övladı bir ildir ki, kəskin leykemiyadan əziyyət çəkir.

“Biz özümüz Göyçayda yaşayırıq, hazırda müalicə üçün Bakıda Milli Hematologiya və Transfuziologiya Mərkəzindəyik. Aylinin müalicələri onun qaraciyərinə ağır təsir edib, qaraciyərində problemlər yaradıb. Mərkəzdə leykemiyaya görə müalicə alsaq da, digər istiqamətdə müalicələrimiz qarşılanmır. Aylinin bir aylıq müalicəsi üçün lazım olan 800 manatın 500 manatını toplamışıq. Amma müalicəni tam etdirmək üçün 300 manatımız çatmır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Məlumat üçün bildirək ki, TƏBİB ailə ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, ambulator müalicə üçün istifadə olunan dərman preparatları Xidmətlər Zərfi çərçivəsində təminata alınmayıb.

Ailə ilə əlaqə: (055) 289-75-51

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir