Cəmiyyət

Çıxarışı olmayan fərdi evlər bahalaşıb – VİDEO

Sharing is caring!


Son günlər paytaxt Bakı ərazisində yerləşən fərdi yaşayış evlərinin qiymətində 3-7 min manat artım müşahidə olunur.

Xezerxeber.az-ın məlumatına görə, əmlak ekspertləri bildiriblər ki, fərdi yaşayış evlərinin qiymətində müşahidə olunan artım bu ilin oktyabr ayının 1-də qanuna edilmiş dəyişikliklə əlaqəlidir.

Qanuna görə çıxarışı olmayan fərdi evlərə və torpaq sahələrinə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub. Bu səbəbdən də hazırda çıxarışı olmasa belə, kommunikasiya xətləri mövcud olan ev və torpaq sahələrinin qiyməti artıb.

Rieltor Mülkədar Rüstəmov bildirib ki, son vaxtlar çıxarış almaq üçün uyğun olmayan torpaq sahələrini müştərilərə müxtəlif yollarla təklif edən şəxslər də var. Müştəri torpaq sahəsini aldıqdan sonra isə çıxarış alması mümkün olmur. Buna səbəb isə həmin torpaq sahələrinin tikinti üçün nəzərdə tutulmayan ərazidə yerləşməsidir.

Ekspert əlavə edib ki, qanuna edilmiş müvafiq dəyişiklikdən sonra fərdi evlərlə yanaşı, çıxarışı olan mənzillərin də qiymətində artım müşahidə olunur.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir