Cəmiyyət

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib – VİDEO

Sharing is caring!


Bu gün Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, qəza yolun Bakı istiqamətində gedən hissəsində, Abşeron Gənclər şəhərciyinin qarşısında qeydə alınıb.

“KIA Optima” markalı avtomobillə “Mercedes-Benz” markalı avtomobil toqquşub. Hadisə nəticəsində “KIA Optima” markalı avtomobil yolun ortasındakı dəmir maneələrə çırpılıb.

İlkin məlumata görə, qəzada ölən və xəsarət alan olmayıb. Hadisə yerinə dərhal Dövlət Yol Polisinin (DYP) ərazi üzrə xidmət aparan əməkdaşları yaxınlaşıblar.

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir