MARAQLI

Xırdalan şəhərində şəhidlərinin xatirəsinə və qazilər üçün növbəti iftar süfrəsi açılıb

Sharing is caring!


Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərində I Qarabağ və Vətən Müharibəsində ölkəmizin bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinə və qazilər üçün növbəti iftar süfrəsi açılmışdır. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, din xadimləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak etmişdir.
Mərasimdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xastirəsi bir dəqiqəlik sükutla yad edilmiş, dövlət himni səsləndirilmişdir.
RİH başçısı Abdin Fərzəliyev xalqımızın döyüş meydanında qazandığı qələbədən danışmışdır. Bildirilmişdir ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz cəmi 44 günə böyük zəfər qazanaraq xalqımızın vətən həsrətinə son qoymuşdur. Vətən Müharibəsi zamanı həm I Qarabağ, həm də Vətən Müharibəsi müddətində şəhid olan, eləcə də mənfur düşmənin dinc əhaliyə qarşı açdığı atəş nəticəsində həlak olan bütün soydaşlarımızın qisası döyüş meydanında alınmışdır. Azərbaycanın qüdrətli orduya malik olduğu qeyd edilərək bundan sonra vətənimizə qarşı yönələ biləcək bütün təxribatların yerindəcə məhv ediləcəyi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Ölkəmizdə şəhid ailələrinə və qazilərə, ümumilikdə müharibə iştirakçılarına dövlət səviyyəsində böyük diqqətin göstərildiyi qeyd edilərək onların həyatlarının hər bir anında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın qayğısını hss etdikləri vurğulanmışdır.
Xalqımızın bütün bayram və şad günlərində şəhid ailələrinin və qazilərin diqqətdə saxlanılacağını, Abşeron rayonunda onlara bundan sonra da daimi olaraq qayğının göstəriləcəyini bildirən RİH başçısı burada əsas məqsədin həyatımızın bütün anlarında şəhidlərimizin əziz xatirəsini yada salmaq və ruhlarına dualar oxumaq olduğunu qeyd etmişdir.
Daha sonra I Qarabağ müharibəsi qazisi və Vətən Müharibəsi şəhidi Rəşad Mehdiyevin atası Rəhman Mehdiyev, şəhid Ceyhun Useynovun anası Kəmalə Useynova, qazi Zaur Hüseynli, ilahiyyətçi Rasim Xadaverdiyev və Xüsusi Təyinatlı Qüvvələrində xidmət etmiş qazilər çıxış edərək Vətən Müharibəsində Azərbaycanın əldə etdiyi şərəfli qələbədən, ordumuzun göstərdiyi şücaətlərdən danışmış, şəhidlərimizin əziz ruhlarına dualar oxumuş, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində diqqət və qayğının göstərildiyini vurğulamış və bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə etmişlər.
Sonda Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmiş qazilər tərəfindən şəhid ailələrinə hədiyyələr təqdim olunmuşdur.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir