Cəmiyyət

Bakının mərkəzi küçəsində intihara cəhdin qarşısı alınıb – YENİLƏNİB + VİDEO

Sharing is caring!


Bu gün günorta saatlarında Bakı şəhərinin Nəsimi rayonu ərazisində bir nəfər üçmərtəbəli binanın üçüncü mərtəbəsinin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Qısa müddət sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar.

Bu barədə FHN-dən məlumat verilib. 

Xilasedicilər tərəfindən vətəndaşla yaxın məsafədən müvafiq psixoloji söhbətlər aparılıb.  Eyni zamanda binanın həyətində xilasetmə yastığı açmaqla, zəruri təhlükəsizlik tədbirləri görülüb. 

Öncədən həyata keçirilmiş təhlükəsizlik tədbirləri nəticəsində intihara cəhd edən şəxs 1978-ci il təvəllüdlü Baxşıyev Əbülfəz Yusif oğlu qurulmuş təhlükəsizlik döşəyi vasitəsilə xilasedicilər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

15:12

Bakı şəhərində kişi intihara cəhd edib.

Oxu.Az-ın məlumatına görə, ortayaşlı kişi Nizami küçəsində yerləşən yaşayış binalarının birindən özünü atmaq istəyib. 

Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polislərin köməyi ilə intiharın qarşısı alınıb.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir