Cəmiyyət

Bakıda kişini zorla maşına mindirərək döyüblər

Sharing is caring!


Bakıda kişini zorla maşına mindirərək döyüblər.

APA xəbər verir ki, 1994-cü il təvəllüdlü Rəşad Sədi oğlu İmanov Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, Binəqədi qəsəbəsi, Binəqədi yolu küçəsində yerləşən “ETK-4” yarımstansiyasının yaxınlığında olduğu zaman onun yanına göy rəngli, dövlət nömrə nişanını bilmədiyi “Hyundai Elantra” avtomobili yaxınlaşıb. Maşından düşən bir neçə nəfər ondan pul istəyib. Sonradan onu gəldikləri avtomaşına mindirərək döyüb, cibində olan 1 310 manatını alaraq avtomaşından düşürüb, hadisə yerini tərk ediblər.

Cinayət törətmiş şəxslərin tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində axtarış tədbirləri həyata keçirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir