Cəmiyyət

Cəlilabadda yeni doğulmuş körpənin ölümünün təfərrüatı məlum olub – YENİLƏNİB

Sharing is caring!


Cəlilabad rayonunda yeni doğulmuş körpənin ölümünün təfərrüatı məlum olub.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından “Report”un Muğan bürosuna bildirilib ki, yeni doğulan körpə kafi vəziyyətdə evə yazılıb.

Qeyd edilib ki, Ağayeva Firuzə Əflatun qızı avqustun 22-də xəstəxanaya daxil olub və təbii doğuşla oğlan cinsli körpə dünyaya gətirib.

Çəkisi 2,7 kiloqram, boyu 48 sm olan körpənin xəstəxanada yatdığı vaxtı bütün həyati göstəriciləri normal olub.

“Sonra ana özü və uşağının evə buraxılması üçün iltizamnaməyə qol çəkib. Onlar normal və sağlam uşaqla evə yazılıblar. Daha sonra körpə yaxınları tərəfindən xəstəxanaya gətirilib. Lakin onun artıq öldüyü məlum olub”.

Qeyd edək ki, rayon sakini 1993-cü il təvəllüdlü Firuzə Ağayevanın avqustun 22-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyaya gətirdiyi körpə avqustun 28-də yaşadığı evdə ölüb.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

10:44

Cəlilabadda yeni doğulmuş körpə evdə ölüb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Belə ki, rayon sakini 1993-cü il təvəllüdlü Firuzə Ağayevanın avqustun 22-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyaya gətirdiyi körpə avqustun 28-də yaşadığı evdə ölüb.

Faktı ilə bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir