Cəmiyyət

Qida çatdırılma xidməti sahəsində hansı problemlər var? – VİDEO

Sharing is caring!


Son dövrlər Azərbaycanda çatdırılma xidmətləri sürətlə inkişaf edir və bu fəaliyyət daha da genişlənir. İndi hər kəs oturduğu yerdən istədiyi qida məhsulunu çatdırılma xidmətindən istifadə etməklə rahat və tez əldə etmək istəyir.

Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan qida eksperti Aytac Zülfüqarlı hesab edir ki, sürətlə genişlənən bu xidmət sahəsində kifayət qədər problemlər mövcuddur.

Onun sözlərinə görə, istifadə olunan qablar qida məhsullarının müvafiq temperatur, rütubət və digər zəruri mikroiqlim şəraitində daşınmasına, həmçinin temperatur və rütubətin izlənilməsinə imkan verməlidir.

Təzə hazırlanmış və dondurulmuş qidaların daşınması və müştərilərə çatdırılması üçün istifadə olunan çantalar isə çarpaz çirklənmə ethimalının az olduğu və təmizlənməsi mümkün olan materiallardan hazırlanmalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir