Cəmiyyət

Zaqatalada avtomobil velosipedçini vurub öldürdü

Sharing is caring!

Zaqatala rayonunda avtomobil velosipedçini vurub.

Oxu.Az-ın məlumatına görə, sürücü, Zaqatala rayon sakini Elvin Ömərov idarə etdiyi VAZ – 2106 markalı avtomobillə velosipedçi, Muğanlı kənd sakini, 1972-ci il təvəllüdlü Səlim Əhmədovu vurub. 

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan velosipedçi ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə Zaqatala Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Faktla bağlı polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir