Cəmiyyət

Şəhriyar Rəhimov dəfn olundu – FOTO

Sharing is caring!


Ötən gün dünyasını dəyişən Azərbaycan millisinin sabiq üzvü Şəhriyar Rəhimov dəfn olunub.

“Qafqazinfo” xəbər verir ki, mərhum futbolçu Xırdalan şəhər qəbiristanlığında atası Ağəli Rəhimovun məzarının yanında torpağa tapşırılıb.

Dəfn mərasimində Ş.Rəhimovun ailə üzvləri, yaxınları, keçmiş komanda yoldaşları və futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Şəhriyar Rəhimov 34 yaşında onkoloji xəstəlikdən vəfat edib. O, 2018-2019-cu illərdə Azərbaycan millisinin heyətində 9 oyunda meydana çıxıb. Mərhum futbolçu karyerası ərzində “İnter” (indiki “Şamaxı”), “Karvan”, AZAL, “Rəvan”, “Kəpəz”, “Zirə” və “Səbail” klublarının formasını geyinib.

Ş.Rəhimov 2022-ci ilin əvvəlində karyerasını başa vurub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir