İdman

Super Liqanın üç klubu millimizin hücumçusunu transfer etmək istəyir

Sharing is caring!


İsveçrənin “Qrasshoppers” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Renat Dadaşov karyerasını Türkiyədə davam etdirə bilər.

Qonşu ölkənin üç klubu 24 yaşlı hücumçunun xidmətində maraqlıdır. Bunlar Super Liqa təmsilçiləri – “Qaziantep”, “Sivasspor” və “Konyaspor”dur.

Qeyd edək ki, Renat Dadaşov “Qrasshoppers”ə 2022-ci ilin yayında İngiltərə “Vulverhempton”undan transfer olunub. Onun klubla müqaviləsi gələn ilin yayına kimidir.

Mənbə: telgraf.net

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir