Cəmiyyət

17 mənzili 36 şəxsə satmaqda ittiham olunan MTK rəhbərinə hökm oxunub

Sharing is caring!


Azərbaycanda eyni mənzili ayrı-ayrı şəxslərə satmaqda ittiham olunan mənzil-tikinti kooperativinin sədri Məhərrəm Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs son sözlə çıxış edib. Məhərrəm Məhərrəmov çıxışında təqsirsiz olduğunu deyib və məhkəmədən bəraət istəyib.

Daha sonra hakim məhkəmə hökmünü elan edib. Hökmə əsasən, Məhərrəm Məhərrəmov yeddi il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı Məhərrəm Məhərrəmovun səkkiz il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ittihama görə, MTK təsisçisi və sədri, eyni zamanda “Şans” MTK-nın faktiki rəhbəri olmuş Məhərrəm Məhərrəmovun 2018-21-ci illər ərzində rəhbərlik etdiyi kooperativlər tərəfindən inşa olunmuş yaşayış binalarında mövcud 17 mənzilin saxta müqavilə və maliyyə arayışlarının tərtib edilməsi yolu ilə 36 nəfərə, eləcə də satılması qanunvericiliklə qadağan edilən yeddi qeyri-yaşayış sahəsinin mənzil qismində eyni üsulla 14 nəfər şəxsə satılmasına nail olaraq ümumilikdə vətəndaşlara məxsus 3 milyon 166 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Məhərrəm Məhərrəmova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir