Cəmiyyət

Birinci Qarabağ müharibəsində itkin düşən Nofəl Qurbanov dəfn edildi – YENİLƏNİB + FOTO/CANLI YAYIM

Sharing is caring!


Birinci Qarabağ müharibəsində itkin düşən və aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesində şəxsiyyəti müəyyən olunan Nofəl Qurbanov Sabunçu rayonunda dəfn edilib.

Oxu.Az-ın məlumatına görə, onun meyitinin qalıqları rayonun Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.

12:54

Birinci Qarabağ müharibəsində itkin düşən və aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesində şəxsiyyəti müəyyən olunan Nofəl Qurbanovla Bakı şəhəri, Sabunçu rayonu, Bülbülə qəsəbəsində vaxtilə yaşadığı evdə vida mərasimi keçirilir.

Oxu.Az-ın məlumatına görə, mərasimdə şəhidin yaxınları, Müdafiə Nazirliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Mərasimdən sonra onun meyitinin qalıqları rayonun Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Nofəl Nəriman oğlu Qurbanov 1971-ci ildə Sabunçu rayonunda anadan olub.

1992-ci ildə Şuşanın Daşaltı kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşüb.

Xatırladaq ki, Vətən müharibəsindən sonra işğaldan azad edilən torpaqlarımızda aparılan abadlıq işləri zaman Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan hərbçilərinin sümüklərinin qalıqları aşkarlanıb.

Aparılmış ekshumasiya zamanı 10 nəfərin şəxsiyyəti müəyyən olunub.

Daha çox foto burada: PhotoStock.az

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir