Müharibə

Şəhid qardaşı: “Atamın oğul dərdi ilə gözləri tutuldu”

Sharing is caring!


“31 il qardaşımdan bir xəbər gözlədik, pis-yaxşı nə isə bilmək istəyirdim. Bir müddət öncə bizə məlumat verildi ki, Daşaltıda qalıqları tapılıb”.

Oxu.Az xəbər verir ki, bunu Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşən, 31 il sonra qalıqları tapılan Nurəli Hacıbaba oğlu Abdullayevin qardaşı Hacıəli Abdullayev deyib. O qeyd edib ki, qardaşı döyüşlərə könüllü olaraq yollanıb:

“Atamın oğul dərdi ilə gözləri tutuldu. Anam oğul həsrəti çəkə-çəkə dünyasını dəyişdi. Gözümüz 31 il ərzində yollarda qalmışdı. Hərbi xidmətə yollananda subay idi. Üç qardaş bir bacı idik. Bacım da, valideynlərim də dünyadan köçdülər. İndi də qardaşımı dəfn edirik. Çox təəssüf, amma ən azından məzarını ziyarət edə biləcəyik”, – deyə o bildirib. 

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra meyit qalıqları tapılmış Nurəli Hacıbaba oğlu Abdullayev bu gün Bülbülə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir