Cəmiyyət

Məmur sevgilisinin şikayəti ilə doqquz il həbs cəzası verilən qadın bəraət aldı

Sharing is caring!


Sevgilisinin külli miqdarda pulunu dələduzluqla ələ keçirməkdə təqsirli bilinərək doqquz il həbs cəzası verilmiş Sevinc Bədəlovanın şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində baxılan iş üzrə tərəflər yenidən dindiriliblər, dəlil və sübutlar təkrar gözdən keçirilib.

Hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, birinci instansiya məhkəməsinin hökmü işin faktiki halları ilə ziddiyyət təşkil edir.

Qərara əsasən, S.Bədəlovanın təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Sevinc Bədəlova sevgilisi, dövlət qurumlarından birində vəzifədə çalışan Aydın Məmmədovun (şərti) 434 min manat pulunu dələduzluqla ələ keçirməkdə təqsirləndirilib.

O, A.Məmmədova deyib ki, Latviyanın paytaxtı Riqada yaşayan qardaşı vəfat edib və ona külli miqdarda əmlak qalıb. O, həmin əmlakları adına keçirərək biznes qurmasına kömək etməsi məqsədilə 2016-19-cu illər ərzində A.Məmmədovdan 434 min manat pul alıb. A.Məmmədov dövlət qurumunda, S.Bədəlova isə onun evinin yaxınlığındakı gözəllik salonunda işləyirmiş.

S.Bədəlovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsilə ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə doqquz il müddətinə azadlıqdan məhrum edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir