Kriminal

Tovuzda qonşular arasında dava olub, xəsarət alanlar var

Sharing is caring!


Tovuz rayonunun Düz Cırdaxan kəndində qonşular arasında ot bağlaması üstündə dava olub, xəsarət alanlar var.

“Report”un Qərb bürosunun məlumatına görə, 1983-cü il təvəllüdlü R.Quluyev mübahisə zəminində ağac parçası ilə döyülərək müxtəlif xəsarətlər alıb.

Münaqişə zamanı, habelə 1971-ci il təvəllüdlü S.Musayeva da xəsarət alıb.

Yaralıların hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir