Cəmiyyət

17 yaşlı Cavidanın anası fəryad edir: “Nə yemək yeyə, nə su içə bilir, yardıma ehtiyacımız var” – FOTO

Sharing is caring!


17 yaşlı Cavidanın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Minayə Ələsgərova məlumat verib.

O bildirib ki, övladı anadangəlmə iflic xəstəliyi ilə doğulub.

“Cavidan 17 il əvvəl iflic xəstəliyi ilə dünyaya gəlib. Doğulduğu gündən müalicələr etsək də, demək olar, heç bir irəliləyiş olmayıb. Kömək olmasa, yeriyə, otura bilmir. Həkimlər sağ əlində cüzi tərpəniş olduğunu və əməliyyat olarsa, əlinin işləyə biləcəyini deyirlər. Əməliyyat üçün isə 3 500 manata ehtiyacımız var”.

Minayə Ələsgərova əməliyyat üçün 1 000 manata ehtiyacı olduqlarını deyib.

“Əməliyyat üçün lazım olan məbləğin 2 500 manatını yardımsevər şəxslərin dəstəyi ilə toplaya bilmişik. Hazırda 1 000 manatımız çatmır. Onun bir qolunun açılması, işləməsi, inanın, bizim üçün çox böyük xoşbəxtlikdir. 17 yaşı olmasına baxmayaraq yeməyini və suyunu biz yedizdirib, içizdiririk. İnanın, bu bir ana üçün çox ağırdır. Əməliyyat edilsə, heç olmasa, bir əli tutacaq, su içə biləcək. Yardımsevər şəxslərdən bizə kömək etməyi xahiş edirəm”.

Ailə ilə əlaqə: (050) 345-47-52

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir