Dünya

“Mançester Siti” belçikalı vinger üçün 60 milyon avro ödəməyə hazırdır

Sharing is caring!


Fransanın “Renn” klubunun futbolçusu Jeremi Doku karyerasını İngiltərədə davam etdirə bilər.

Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, “Mançester Siti” belçikalı vingerin xidmətində maraqlıdır. “Şəhərlilər” 21 yaşlı futbolçu üçün 55-60 milyon avro ödəməyə hazırdırlar. Doku “Mançester Siti”yə keçidə isti yanaşır.

Digər Premyer Liqa klubu “Vest Hem” də oyunçunu heyətinə qatmaq istəyir.

2020-ci ildən “Renn”də çıxış edən Belçika millisinin üzvü ötən mövsüm 35 oyunda yeddi qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb. O, bu mövsüm bir matçda bir qol vurub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir