İdman

Dünya Qadın Seriyası: Azərbaycan millisi məğlubiyyət, “Neftçi” qələbə ilə başlayıb

Sharing is caring!


İspaniyada təşkil olunan 3×3 basketbolu üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsində qrup oyunlarına start verilib.

Oxu.Az xəbər verir ki, D qrupunda yer alan Azərbaycan millisi Melilya mərhələsinin ilk görüşündə 6:22 hesabı ilə İspaniyaya məğlub olub.

B qrupunda mübarizə aparan “Neftçi” isə ilk oyunda Portuqaliya millisinə 21:17 hesabı ilə qalib gəlib.

Bakı klubu qrupdakı növbəti oyununu bu gün, saat 21:35-də Almaniya təmsilçisi “Düsseldorf Zoos”a qarşı keçirəcək. Azərbaycan millisi isə saat 23:40 -da “Yuanda” (Çin) klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir