Dünya

Qərbi Afrika ölkələri Nigerdə əməliyyatın başlama tarixini təyin edib

Sharing is caring!


“Qərbi Afrika Ölkələri İqtisadi Birliyi (ECOWAS) qüvvələrinin Nigerdəki vəziyyətlə bağlı hərbi müdaxiləyə başlayacağı dəqiq tarix müəyyən edilib, lakin hələlik bu barədə məlumat verilməyəcək”.

Bunu birliyin sülh və təhlükəsizlik məsələləri üzrə komissarı Abdel Fatau Musah Qananın paytaxtı Akkrada keçirilən birlik dövlətlərinin Silahlı Qüvvələr Baş Qərargah rəislərinin iclasının yekunları üzrə deyib.

“Nigerə hərbi müdaxilənin dəqiq tarixi müəyyən edilib, lakin biz bunu elan etməyəcəyik”, – deyə  o qeyd edib.

“Məsələnin hərbi müdaxilə ilə həlli bizim üstünlük verdiyimiz variant deyil, lakin Nigerdəki hərbi xuntanın barışmazlığı bizi buna əl atmağa vadar edir. Nigerdə ​​baş verən hadisələr regionda baş verən silsilə çevrilişlərin bir hissəsidir və bunlara son qoymağa çalışırıq”, – deyə Abdel Fatau Musah bildirib.

Musah həmçinin nəzərə çatdırıb ki, ECOWAS qüvvələrinin Nigerdəki vəziyyətə müdaxiləsi qısamüddətli olacaq və bu ölkədə konstitusiya nizamının bərpa edilməsinə yönələcək. “Biz əmr verilən kimi Nigerə girməyə hazırıq. Əgər biz Nigerə hərbi müdaxilə etsək, ona müharibə elan etməyəcəyik”, – deyə komissar vurğulayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir