Cəmiyyət

İxtisas seçimində yığılan balın önəmi var? – VİDEO

Sharing is caring!


Bu il 55 mindən çox abituriyent ixtisas seçimi edir.

Xezerxeber.az xəbər verir ki, onların bəziləri ixtisas seçimini özləri etmək, yaxud Dövlət İmtahan Mərkəzinin (DİM) pulsuz Məsləhət Mərkəzlərinə müracitə etmək əvəzinə ödənişli mütəxəssisə müraciət edirlər.

Bu sistemdə qiymətlər də fərqlidir. Qiyməti fərqli edən isə, nə abituriyentin balının azlığı, çoxluğu, nə də düşmək istədiyi ixtisas fənnidir. Mütəxəssisin öz işinə təyin etdiyi qiymətdir.

Təhsil mütəxəssisi bildirdi ki, abituriyent qəbul olmadıqda ödəniş geri qaytarılır.

Əsasən, hansı abituriyentlər ixtisas seçimində peşəkara müraciət etməlidirlər sualına isə bildirlidi ki, hər qrupun plan yeri və orda müsahibədə iştirak edən uşaq sayı fərqlidir. Mütləq şəkildə aşağı və orta ballılar ekspertlərə müraciət etsinlər.

Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə isə məsələ ilə bağlı bildirib ki, ixtisas seçiminə texniki məsələ kimi yanaşmaq lazım deyil.

Xanlar Xanlarzadə onu da bildirdi ki, hansısa şablon əsasında ixtisas seçimi etmək insanın gələcək taleyində mənfi hallar yarada bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir