Cəmiyyət

Ağcabədi sakinləri Oğuzda qəzaya düşüblər

Sharing is caring!


Ağcabədi rayon sakinləri Oğuzda qəzaya düşüblər.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 17:30-da rayonun Qumlaq kəndinə gedən avtomobil yolunda baş verib.

“Mercedes-Benz” və “Lada” markalı iki minik avtomobilli toqquşub. Qəza zamanı “Mersedes” markalı avtomobildə olan üç nəfər Ağcabədi rayon sakinləri – 1958-ci il təvəllüdlü Şirxan Məhəmməd oğlu Tahirov, 1988-ci il təvəllüdlü Elnarə Əkbər qızı Tahirova və 1997-ci il təvəllüdlü Səkinə Aslan qızı Bəylərli aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir