Cəmiyyət

Azərbaycanda 15 mindən çox adam qrip əleyhinə pulsuz peyvənd olunub

Sharing is caring!


2023-24-cü il payız-qış mövsümü ərzində TƏBİB-in tabeliyində olan tibb müəssisələri üzrə 15 550 nəfərin vaksinasiyası aparılıb.

Bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunur ki, qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydana çıxma riski yüksək olduğu hallarda, uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir.

“Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə TƏBİB-in tabeli rayon mərkəzi xəstəxanalarında, Bakı şəhəri üzrə isə müəyyən olunan müvafiq ilkin səhiyyə müəssisələrində ödənişsiz olaraq yararlana bilər.

Qeyd edək ki, ölkəyə Səhiyyə Nazirliyi tərəfindən gətirilən qrip əleyhinə vaksinlər Niderland istehsalıdır. Bu peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının və Avropa Şurasının tövsiyələrinə müvafiqdir”, – məlumatda bildirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir