Cəmiyyət

Bir neçə şəhər və rayonda yollardakı nöqsan və çatışmazlıqlar aradan qaldırılır – FOTO

Sharing is caring!

Yol infrastrukturunda nizamlama vasitələrinin tətbiqi vəziyyətinin nəzarətdə saxlanılması, eləcə də nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, BDYPİ-yə bilavasitə tabe olan “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi və onun regional istismar sahələri yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərərək icraya verilmiş layihələrin həyata keçirilməsini mərhələli şəkildə aparır.

Hazırda meteoroloji şərait nəzərə alınmaqla, respublikanın bir sıra regionlarında, o cümlədən Gəncə şəhərində, Xaçmaz, Ağdam, Cəlilabad, Tovuz, Qəbələ və Lənkəran rayonlarında istismar müddəti keçmiş yol nişanlarının işıqqaytarıcı elementləri olan yeniləri ilə əvəz edilməsi, silinmiş nişanlama xətlərinin, yol-cizgi işarələrinin bərpası, eləcə də işıqfor obyektlərinə texniki qulluq həyata keçirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir