Cəmiyyət

Naxçıvanda yanğında 15 baş heyvan tələf olub – FOTO

Sharing is caring!


Babək rayonu Cəhri qəsəbəsində yanğın olub .

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək rayon Cəhri qəsəbəsində yardımçı tikiliyə yığılan ot bağlamalarında yanğının baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Naxçıvan şəhər və Babək Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunublar.

Hadisə nəticəsində 14 qoyun və bir inək yanaraq tələf olub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir