MARAQLI

Professor Düzce zəlzələsində görünən işığın səbəbini açıqladı: “Onqat güclü seysmik dalğalar görə bilərdik”

Sharing is caring!

Türkiyənin Düzce vilayətində baş verən zəlzələ zamanı səmada işıq parıltısı müşahidə olunub.

Hər kəsə maraqlı gələn bu hal barədə Kandilli Rəsədxanası və Zəlzələ Araşdırmaları İnstitutunun professoru Ali Pınar açıqlama verib.

O bildirib ki, bu işıq seysmik enerjinin 90 faiz nisbətində istiliyə çevrilməsidir.

Professor eyni hadisənin 17 avqust 1999-cu ildə İzmit zəlzələsində də yaşandığını bildirib.

“Bu seysmik enerjinin ortaya çıxması, adətən, qırılma xəttinin hərəkəti nəticəsində baş verir. Qırılma xəttinin hərəkəti çox yüksək dərəcədə istilik ayrılmasına səbəb olur. Eynilə Düzcedə zəlzələ zamanı səmada işıq parıltısı göründü. Bunun səbəbi tamamilə qırılma xətti ilə bağlıdır. Onu da qeyd etmək yerinə düşər ki, qırılma xətti üzərində toplanan seysmik enerjinin 90 faizi tamamilə istiliklə ayrılır. Sadəcə, 10 faizi seysmik enerji ilə ayrılır”, – deyə Ali Pınar qeyd edib.

“Bu, əslində, çox mühüm hadisədir. Çünki bütün yığılmış enerji seysmik dalğalara çevrilsəydi, biz bu gün gördüyümüzdən onqat artıq şiddətli dalğalar görə bilərdik”, – deyə professor vurğulayıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir