Cəmiyyət

Şəhid İsə Orucovun anası vəfat edib

Sharing is caring!


44 günlük Vətən müharibəsində şəhid olan İsə Orucovun anası Nayibə Orucova vəfat edib.

Bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.

E.İslamoğlu paylaşımında: “Şəhid valideynlərinə yenidən ciddi psixoloji dəstək lazımdır. Övlad dərdinə dözə bilmirlər”, – sözlərini də qeyd edib.

Qeyd edək ki, İsə Razim oğlu Orucov 20 iyun 2001-ci ildə Şəmkir rayonu Seyfəli kəndində anadan olub. O, 27 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”,  “Cəsur döyüşçü” medalları və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir