Cəmiyyət

Bakıda motosikletlə toqquşan avtomobil binaya çırpılıb – FOTO

Sharing is caring!

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Vaqif və Xan Şuşinski küçələrinin kəsişməsində qeydə alınıb.

Taksi fəaliyyəti ilə məşğul olan “Hyundai” markalı avtomobilin sürücüsü Xan Şuşinski küçəsi ilə hərəkətdə olan zaman Vaqif prospektindən çıxan motosikletlə toqquşub. Nəticədə maşın yüksək sürətlə binaya çırpılıb.

Qəza zamanı hər 2 nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir