Cəmiyyət

Astarada qısa müddət əvvəl ürək əməliyyatı keçirmiş kişi çimərlikdə ölüb

Sharing is caring!


Astarada 63 yaşlı kişi çimərlikdə ölüb.

“Report”un məlumatına görə, hadisə Astara rayonunun Şahağacı kəndi ərazisindəki çimərlikdə baş verib.

Belə ki, 1960-cı il təvəllüdlü Masallı rayonu, Ərkivan qəsəbə sakini Məhərrəm Cəmil oğlu Əliyev sahil zolağında dincələrkən qəfildən halı pisləşib. Ətrafdakılar ona yardım etməyə çalışsalar da, həyatını xilas edə bilməyiblər.

Yaxınlarının sözlərinə görə, C.Əliyev bir qədər əvvəl ürək əməliyyatı olunubmuş.

Meyit müayinə olunmaq üçün təcili yardım avtomobili ilə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir