İdman

Azərbaycan Premyer Liqası: “Qəbələ” qələbə üzünə həsrətdir

Sharing is caring!


Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start verilib.

Oxu.Az xəbər verir ki, açılış matçında “Qəbələ” “Dalğa Arena”da “Araz-Naxçıvan”ın qonağı olub.

Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:0. Qolları 17-ci dəqiqədə İsmail Azzaui və 83-cü dəqiqədə Elvis Maşike vurublar.

Bu, “Araz-Naxçıvan”ın ilk qələbəsi olub. Komanda üç xalla altıncıdır. “Qəbələ” isə xal toplaya bilməyib və sonuncu – 10-cu pillədə qərarlaşıb.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir