Dünya

AK sədri: “Putinə onun haqqında nə düşündüyümüzü üzünə söyləmək önəmlidir”

Sharing is caring!

Avropa Komissiyasının sədri Ursula fon der Layen G20-nin payız sammitində Rusiya Prezidenti Vladimir Putin iştirak etsə belə, onu boykot etməyin əleyhinə olduğunu deyib.

Bu barədə o, ZDF telekanalının efirində bildirib.

“Rusiya Prezidenti Vladimir Putin bu payız G20 sammitində iştirak etsə, bu həmişəki kimi olmayacaq”, – deyə Ursula fon der Layen qeyd edib.

“Onun haqqında və onun hərəkətləri haqqında nə düşündüyümüzü onun üzünə söyləmək önəmlidir”, – deyə Avropa Komissiyasının rəhbəri vurğulayıb.

Layen əlavə edib ki, G20 həmçinin inkişaf etməkdə olan ölkələr üçün də çox vacib bir qurumdur və bu səbəbdən də Putinə bu qurumu “korlamaq” imkanı vermək yolverilməzdir.

Eyni zamanda o qeyd edib ki, sammitin digər iştirakçıları Putinin iştirakı ilə bağlı məsələləri öz aralarında müzakirə etməlidirlər.

Mənbə: Evropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir