Kriminal

Qəbələdə narkotiklərin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb – FOTO

Sharing is caring!


Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı üzərində külli miqdarda narkotik vasitə daşımaqda şübhəli bilinən Ağdaş rayon sakini Əfqan Həsənov saxlanılıb.

Onun üzərində daşıdığı çantaya və bağlamalara baxış keçirilərkən ümumi çəkisi 6 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb. Ə.Həsənov saxlanılarkən narkotik vasitələri kolluq əraziyə atıb qaçmağa cəhd göstərsə də, polis əməkdaşlarının çevikliyi nəticəsində o, tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Ə.Həsənovun ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir