Dünya

Almaniyaya qeyri-qanuni miqrasiya pik həddə çatıb

Sharing is caring!


Sentyabrda Almaniyaya 21 366 nəfər qeyri-qanuni yollarla daxil olub.

Bu məlumatları Almaniya Federal Polisi dərc edib.

Bildirilib ki, bu, 25 650 qeyri-qanuni miqrantın gəldiyi 2016-cı ilin fevralından bəri ən yüksək aylıq göstəricidir.

Polisin məlumatına görə, son yeddi ayda Almaniyaya qeyri-qanuni miqrant axını durmadan artır. Yanvar-sentyabr aylarında ümumilikdə 92 119 nəfər qeyri-qanuni yollarla Almaniyaya daxil olub. Qeyd edilir ki, bu tendensiya davam edərsə, göstəricilər 2016-cı ildəki 112 min nəfərlik rəqəmi keçəcək.

Mənbə: dw.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir