Cəmiyyət

Dövlətin yeddi nəqliyyat vasitəsi özəlləşdirildi

Sharing is caring!


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda yeddi nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, hərracda bəzi avtomobillərə edilən təklif start qiymətindən çox olub.

Belə ki, “Nissan Maxima” avtomobili 2 000 manat ilkin qiymətlə təklif olunsa da, sonda 3 250 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/35Fugq linki vasitəsilə tanış olmaq mümkündür.

Növbəti hərraclar 15, 22 və 29 avqustda keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir