Dünya

İranın ali lideri Əli Xameneinin səhhəti pisləşib? – FOTO

Sharing is caring!

“İranın ali rəhbəri Əli Xameneinin səhhəti pisləşib”.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə iranlı müstəqil jurnalist Əli Cavanmərdi özünün “Twitter” hesabından məlumat verib.

O, tibb sahəsində xüsusi mənbələrə istinadla bildirib ki, İİR ali rəhbəri Tehranın “Rəcayi” xəstəxanasında açıq ürək əməliyyatı keçirib və komaya düşüb.

Cavanmərdi əməliyyat əsnasında tibb müəssisəsinin kardioloji və digər bölmələrinin bütün personalının çıxarıldığını və tibb işçilərinin xəstəxanaya girişinin qadağan edildiyini vurğulayıb.

“Görəsən, Xamenei artıq ölüb, yoxsa ölüm ayağındadır?” – deyə jurnalist sonda soruşur.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir