İdman

Millimizin üzvü Açıq Avropa Çempionatında bürünc medal qazanıb

Sharing is caring!

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin para-pauerliftinq idman növü üzrə milli komandasının üzvü Leyla Kərimova Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Açıq Avropa Çempionatının bürünc medalını qazanıb. 

Bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, L.Kərimovanın ən yaxşı nəticəsi 74 kq olub.

İdmançımızın ümumi qaldırdığı 201 kq çəki isə mübarizə aparan idmançılar arasında 2-ci ən yaxşı nəticə olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir