Cəmiyyət

Bakıda kafedən dörd min manatlıq oğurluq edən şəxs saxlanılıb

Sharing is caring!


İyulun 29-na keçən gecə Xətai rayonu X.Məmmədov küçəsində yerləşən kafelərin birindən 4 000 manat dəyərində məişət əşyaları oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini Röyal Qəmbərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir