Cəmiyyət

Sumqayıtda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb – FOTO

Sharing is caring!


Sumqayıt şəhəri, Sahil zolağı, Sumqayıt-Novxanı yolunda fəaliyyət göstərən “1-ci Sumqayıt Tikinti-Quraşdırma” MMC-yə məxsus “Şərur” kafesində planlı yoxlama aparılıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, baxış zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə sanitariya-gigiyena tələblərinə əməl edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi, həmçinin üzərində markalanması aparılmayan, mənşəyi məlum olmayan qatıq və istehlak müddəti ötmüş qazsız sular aşkarlanıb. Nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, iş personalının üzvlərinin işdən kənarlaşdırılması, istehlaka yararsız məhsulların satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib, müəssisənin fəaliyyəti nəzarətə götürülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir