Cəmiyyət

Bərdədə kamera quraşdıran ustanı elektrik cərəyanı vuraraq öldürüb

Sharing is caring!


Bərdə rayonunda müşahidə kamerası quraşdıran ustanı elektrik cərəyanı vuraraq öldürüb.

“Report”un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, hadisə bu gün Bərdə rayonu, Gərənə kəndi ərazisində baş verib.

Belə ki, kəndin ərazisində müşahidə kamerası quraşdıran ustanı elektrik cərəyanı vurub. Nəticədə usta hündürlükdən yıxılıb. O, ətrafdakıların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, ustanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir