İdman

Almaniya millisinin yeni baş məşqçisi bəlli oldu

Sharing is caring!


Almaniya Futbol Federasiyası (DFB) Yulian Nagelsmannın Almaniya milli komandasına baş məşqçi təyin olunduğunu açıqlayıb.

36 yaşlı mütəxəssisin müqaviləsi 31 iyul 2024-cü ilə qədərdir.

Nagelsmanın köməkçiləri Almaniya millisinin sabiq futbolçusu Sandro Vaqner və Benjamin Qluk olacaq.

Qeyd edək ki, Nagelsmann milli komandanın baş məşqçisi postunda sentyabrın 10-da istefaya göndərilən Hans-Diter Fliki əvəzləyib.

Xatırladaq ki, 2021-ci ilin iyulundan 2023-cü ilin martına qədər Nagelsmann “Bavariya”ya rəhbərlik edib. Onunla Münhen klubu iki dəfə Almaniya çempionluğunu və ölkə Superkubokunu qazanıb. Bundan əvvəl isə mütəxəssis “ Leypsiq” və “Hoffenhaym”da çalışıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir