İdman

“Neftçi” klubu çempionatda ilk qələbəsini Cəlilabadda qazanıb

Sharing is caring!


Cəlilabad Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının II turunun oyunu baş tutub.

Bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, I turda məğlub olan “Neftçi” səfərdə “Cəlilabad” klubunu məğlub edib.

Oyun qonaqların 90:56 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular “Cəlilabad”dan Rişon Conson (38 xal, 8 ribaund), “Neftçi”dən Maykl Karter (19 xal, 4 ribaund) olublar.

Qeyd edək ki, II turun son oyunu – “Şəki” – “Sərhədçi” qarşılaşması noyabrın 5-də baş tutacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir