Cəmiyyət

Şəmkirdə qanunsuz olaraq odlu silah saxlayan şəxslər saxlanılıblar – FOTO

Sharing is caring!


Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumata görə, şöbə əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, Şəmkir rayon Şiştəpə kənd sakini, əvvəllər məhkum olunmuş Əlizadə Hacıyev saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman bir ədəd atəşə yararlı “Makarov” konstruksiyalı tapança, həmin silaha aid yeddi ədəd atəşə yararlı 9 mm-lik patron və bir ədəd sandıqca aşkar edilərək götürülüb.

Bundan başqa, polis əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayonun Zəyəm Cırdaxan kənd sakini Ş.Məmmədovanın yaşadığı evdən də bir ədəd atəşə yararlı revolver tipli tapança və yeddi ədəd patron aşkar edilərək götürülüb. Dindirilmə zamanı Ş.Məmmədova odlu silahın vəfat etmiş həyat yoldaşına aid olduğunu bildirib.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir