Cəmiyyət

Aybəniz İsmayılova “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin rəhbəri təyin olunub

Sharing is caring!


Aybəniz İsmayılova “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin rəhbəri təyin olunub.

Oxu.Az xəbər verir ki, A.İsmayılova Xəzər Universitetinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr, “Beynəlxalq hüquq” üzrə magistr məzundur.

Böyük Britaniya Krallığının “Chevening” təqaüdünü qazanaraq Mançester Universitetində “Beynəlxalq inkişaf” ixtisası üzrə əlavə magistr dərəcəsi alıb. Fransanın INSEAD Universitetinin IHT ali idarəetmə proqramının məzunudur. 

Onun bundan əvvəlki 20 ilə yaxın iş təcrübəsi BMT, USAID və digər nüfuzlu beynəlxalq təşkilatlarda, eləcə də ictimai və biznes sektorunda dayanıqlı inkişaf, kommunikasiya, sosial həssas qruplarla və beynəlxalq donorlarla iş istiqamətində fəaliyyəti əhatə edir. 

Ailəlidir, iki övladı var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir