Dünya

Polşa-Ukrayna sərhədində “cəhənnəm”: Sürücünün gözləməkdən öldüyü tıxacdan görüntülər – VİDEO

Sharing is caring!


Polşalı sürücülər üç keçid məntəqəsində Ukraynadan gələn yük maşınlarının hərəkətini əngəlləməkdə davam edirlər.

Məlumata görə, Yaqodin, Krakovets və Rava-Ruska istiqamətində 2500-ə yaxın yük maşını var.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Qeyd edək ki, Polşa-Ukrayna sərhədində üç məntəqədə (Korçova-Krakovets, Qrebennoye-Rava-Russkaya, Doroqusk-Yaqodin) aksiya noyabrın 6-dan başlayıb. Etirazçılar Ukrayna sürücüləri üçün nəqliyyat əməliyyatlarına məhdudiyyətlərin bərpasını (vizasız nəqliyyat gediş-gəlişinin ləğvini) tələb ediblər. Polyaklar həm Polşanın daxilinə, həm də üçüncü ölkələrə yük daşıya bilən ukraynalı TIR sürücülərinə görə pullarını və iş yerlərini itirdiklərini bildiriblər.

Qeyd edək ki, noyabrın 13-də Ukrayna Polşa ilə sərhəddəki blokadanın aradan qaldırılması üçün danışıqlar aparsa da, razılıq əldə olunmayıb.

Dünən xəbər verilmişdi ki, tıxacın uzunluğu 40 kilometrdir. Onu da xatırladaq ki, bir neçə gün öncə Doroqusk-Yaqodin keçid məntəqəsində gözləyən ukraynalı sürücülərdən biri avtomobilində ölü tapılmışdı.

Mənbə: UNIAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir