Cəmiyyət

Şuşanın investisiya imkanları sahibkarlara təqdim edilib – FOTO

Sharing is caring!


İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarların Şuşaya səfərini təşkil edib, Şuşanın investisiya imkanları onlara təqdim edilib.

KOBİA-nın məlumatına görə, səfərdə iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən 40-dan çox iş adamı iştirak edib.

Sahibkarların Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəhbərliyi ilə görüşündə idarənin icraçı direktoru Tural Novruzov Şuşada həyata keçirilən bərpa-quruculuq işləri, icrasına başlanılan və planlaşdırılan layihələr, dövlət və özəl sektorun bu sahədə rolu, sahibkarlar üçün investisiya imkanları, KOBİA-nın departament müdiri Elnur Əliyev isə bölgədə biznesə başlamaq istəyən iş adamları üçün müraciət prosedurları barədə məlumat verib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir